Tramp: "Türkiyə-Suriya sərhədində Təhlükəsizlik Zonası yaradılıb"

Tramp: "Türkiyə-Suriya sərhədində Təhlükəsizlik Zonası yaradılıb"


Türkiyə-Suriya sərhədində Təhlükəsizlik Zonası yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Türkiyə-Suriya sərhədində böyük uğur əldə olunub. Təhlükəsizlik Zonası yaradılıb! Atəşkəs rejiminə keçilib və döyüş tapşırıqları başa çatıb. Kürdlər təhlükəsizlikdədir və bizimlə çox yaxşı əməkdaşlıq ediblər. Tutulan İŞİD döyüşçüləri təhlükəsiz şəraitdə saxlanılırlar", - deyə Tramp bilidirib.

ABŞ Prezidenti qeyd edib ki, məsələ ilə bağlı Ağ Evdən açıqlama yayacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...