Kiyevdə GUAM Biznes Forumu keçiriləcək

Kiyevdə GUAM Biznes Forumu keçiriləcək
Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində II GUAM Biznes Forumu keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.
Məlumata görə, tədbir GUAM üzvü olan ölkələrin Hökumət Başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...