Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib, həbs edilənlər var

Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib,

Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir.
Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb.
Polis axtarışlar zamanı 5 "Kalaşnikov" avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib.
Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...