ABŞ ÜTT-yə maliyyə dəstəyini dayandıra bilər

ABŞ ÜTT-yə maliyyə dəstəyini dayandıra bilər
ABŞ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ödənişləri dayandıra bilər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ÜTT sənədinə əsasən məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ noyabrın 22-də təşkilata ödəmələrlə bağlı sistemik problemlər barədə bəyanat verməyi planlaşdırır. Bunun baş verməsi ÜTT-nin işinə təhlükə yaradır. Çünki ABŞ ÜTT-nin illik büdcəsinə digər ölkələrə nisbətən daha çox pul ayırır. Məsələn, 2019-cu ildə ABŞ-ın ödəmələri 22,7 milyon frank (təxminən 22,8 milyon dollar) təşkil edib.
Qeyd olunur ki, ABŞ-ın belə addımı təşkilatla qarşıdurmanın güclənməsi fonunda baş verə bilər. ABŞ Prezidenti Donald Trampın administrasiyası ÜTT-nin mübahisələrin həlli sisteminin dövlətin suveren hüquqlarını pozduğunu düşünür. Bundan əlavə, Birləşmiş Ştatlar təşkilatı son iyirmi ildə Çinin iqtisadi təsirinin artmasına icazə verməkdə ittiham edir.
Məlumata görə, ABŞ ödənişləri gələn ildən başlayaraq dayandıra bilər. Bildirilir ki, təşkilat dekabrın 31-dək 2020 və 2021-ci illər üçün büdcə planı qəbul etməlidir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...