Bəşşar Əsəd: "ABŞ neftimizi oğurlayır"

Bəşşar Əsəd: "ABŞ neftimizi oğurlayır"
"ABŞ neftimizi oğurlayır".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşşar Əsəd "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir", - Suriya lideri əlavə edib.

Qeyd edək ki, noyabrın 6-da KİV-də ABŞ prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...