Jirinovski Lukaşenkoya Boqdan Xmelnitski olmağı təklif etdi

Jirinovski Lukaşenkoya Boqdan Xmelnitski olmağı təklif etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko üçün hər il ölkəni idarə etmək daha da çətinləşir. Onun üçün ən yaxşı seçim Rus və Belarusu birləşdirməkdir.

Virtualaz.org bildirir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Telegram kanalında yazıb.

“O, artıq Avropadakı ən yaşlı rəhbərdir – 25 ilə yaxındır hakimiyyətdədir. Qərbdə onu qəbul etmirlər, Şərqdə də hər istədiyi alınmır. O istəyir ki, Rusiya bazarı onun özününkü kimi olsun, qiymətlər eyni olsun, bununla belə, Minsk müstəqil xarici siyasət aparsın. Bu necə ola bilər? Buna görə də hazırda onun üçün ən yaxşı variant Belarusun müasir Boqdan Xmelnitskisi olmaq və nəhayət, Rus və Belarusu birləşdirməkdir”, - Jirinovski bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...