Soros Fondunu “Ermənistan üçün təhlükə” adlandırdılar

Soros Fondunu “Ermənistan üçün təhlükə” adlandırdılar

Ermənistanda xarici ölkələrdən maliyyələşən siyasi qüvvələr fəaliyyət göstərir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

A.Vanetsyan ölkə daxilində bu cür siyasi qüvvələrin olduğunu deyib, lakin onların müxalifət və ya hökumətyönlü düşərgədə fəaliyyət göstərməsi sualını cavabsız qoyub.

Sabiq direktorun sözlərinə görə, Soros Fondunun Ermənistandakı fəaliyyəti ölkə üçün təhlükə yaradır.

Qeyd edək ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefası ilə bağlı bəyanatında Paşinyana xitabən “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer almışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...