Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər - FOTOLAR

Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər -

Ukraynada Kiyev Vilayət Şurasının deputatı, biznesmen Vyaçeslav Sobolev silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” “strana.ua” portalına istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Kiyev şəhərində Lev Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində, Donetskdən olan iş adamına məxsus “Mario” restoranının yaxınlığında baş verib.

Məlumata görə, “Range Rover” markalı avtomobil atəşə tutulub. Bu zaman avtomobildə Sobolevlə 3 yaşlı oğlu Aleksandr və sürücü olub. Güllə yarası alan azyaşlı hadisə yerində dünyasını dəyişib, sürücü ağır yaralanıb. İş adamı isə xəsarət almayıb.

Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər -


Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Sobolev Donetskdə çox məşhur iş adamıdır. 90-cı illərdə, o, hələ də şəhərdə fəaliyyət göstərən “Objora” müasir supermarketlərin ilk şəbəkəsini yaradıb.

Sobolev Kiyev Şəhər Şurasında “Petro Poroşenko Bloku”ndan deputat olduğu zamanlar keçmiş hakim Artur Emelyanovla uzun müddət davam edən münaqişədə olub. Bu davada radikal Partiyadan olan qalmaqallı keçmiş millət vəkili Dmitri Linkonun da adı hallanır.

Artur Emelyanov- Dmitri Linko

Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər -


Sayt yazır ki, cinayət daha da dəhşətlidir, çünki atəş açan şəxs uşağın maşına mindiyini mütləq görüb. Belə ki, bu cür hadisələrdə qatillər öncədən məlumatlı olurlar. Buna görə də burada məqsəd iş adamının öldürülməsi deyil, onun cəzalandırılması olub.

Xatırladaq ki, Sobolevin qətlə yetirilən uşağından başqa daha 4 övladı var. Öldürülən üçüncü arvadından olan beşinci uşağıdır.

Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər -
Deputatı cəzalandırmaq üçün 3 yaşlı oğlunu öldürdülər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...