Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 12%-ə endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 12%-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında isə 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə endirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...