Estoniya Avstraliyaya 50 min yardım göndərdi

Estoniya Avstraliyaya 50 min yardım göndərdi


Estoniya Avstraliyada meşə yanğınlarından zərər çəkənlərə 50 min avro vəsait ayırıb.

Axar.az xəbər verir ki, bu barədə danışan Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu ölkəsinin Avstraliyada genişmiqyaslı yanğınlardan zərər çəkən insanlarla həmrəy olduğunu söyləyib.

Önun sözlərinə görə, Estoniya Xarici İşlər Nazirliyi zərər çəkənlərə yardım üçün Avstraliyadakı Qırmızı Xaç Komitəsinə 50 min avro vəsait köçürəcək.

Nazir deyib ki, bu istiqamətdə mümkün əlavə yardımın göstərilməsi üçün Avstraliya hökuməti ilə əlaqələr qurulub.

“İtirilmiş insan həyatları, dağılmış evlər və yoxolma təhlükəsində olan vəhşi heyvanlar – bütün bunlar çox kədərlidir. Bu çox çətin bir zamanda biz bütün Avstraliya xalqı ilə xəyalən bir yerdəyik və beynəlxalq ictimaiyyəti Avstraliyaya hərtərəfli dəstək verməyə çağırırıq”, - deyə U. Reynsalu əlavə edib.

Qeyd edək ki, yanğınlar səbəbindən vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar, yanvarın 5-dən etibarən Estoniyanın Avstraliyadakı səfirliyinin işi müvəqqəti olaraq Sidneydən idarə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...