Türk ordusu əsgərlərinin qanını yerdə qoymur

Türk ordusu əsgərlərinin qanını yerdə qoymur

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada, "Müxtəlif mənbələrdən alınan son məlumatlara görə İdlib bölgəsində dünən 55 rejim ünsürü zərərləşdirilib." - ifadələri qeyd olunub.

Modern.az-ın məlumatına görə, Milli Müdafiə Nazirliyinin 11 fevral tarixində yayılan açıqlamasında isə "Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib." - deyə bildirilmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı "Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm." deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin, rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...