“Miqrant məsələsində pul dalınca qaçmırıq” - Türkiyə XİN başçısı

 “Miqrant məsələsində pul dalınca qaçmırıq” -

“Brüsseldə keçirilən görüşdə Türkiyə Prezidenti Avropa İttifaqının verdiyi vədə əməl etmədiyini söyləyib”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Aİ dürüst şəkildə hərəkət etməlidir, çünki Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var: “Biz pul dalınca qaçmırıq. 2016-cı ilin şərtləri ilə müqayisədə suriyalı qaçqınların ehtiyacları da dəyişib. Artıq Türkiyənin başını qatmaq dövrü tamamilə başa çatıb”.

Nazir qeyd edib ki, suriyalı qaçqınlar Türkiyə-Yunanıstan sərhədinə yığışından sonra Aİ rəhbərliyi məsələnin ciddiliyinin fərqinə varıb: “Doqquz ildir ki, biz Türkiyədə bu yükü çəkirik. Avropa İttifaqının yeni rəhbərliyi Türkiyənin çəkdiyi yükün fərqindədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...