Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Rusiyada koronavirusdan ilk ölüm qeydə alınıb. “Report” “Interfax”a istinadən xəbər verir ki, 79 yaşlı qadının ölümünə bir sıra xronik xəstəliklər səbəb olub.

Məlumata görə, qoca qadın martın 13-də xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 965-ə çatıb. Bunların 85 769 nəfəri sağalıb, 8 980 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...