Azərbaycanlıların məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı

Azərbaycanlıların məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

“Report” xəbər verir ki, bu haqda Halberstadt Polis Təşkilatından məlumat verilib.

27 yaşlı şəxs düşərgədən Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verib və nəticəsi pozitiv çıxıb.

Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı üç binadan ibarət olan və 850 nəfərin qaldığı düşərgəni karantin altına alıb.

“Səhər polis əməkdaşları bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri bildirib.

Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...