Rusiya karantini pozanlara qarşı cəzanı sərtləşdirdi

Rusiya karantini pozanlara qarşı cəzanı sərtləşdirdi

Rusiya Dövlət Duması sanitar və epidemioloji normaların pozulmasına görə cinayət məsuliyyətini sərtləşdirən qanun layihəsini qəbul edib. “Qafqazinfo” xəbər verir ki, qanun sənədi Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və millət vəkili Pavel Kraşeninnikov tərəfindən hazırlanıb.

Qanuna görə, karantinin pozulması ölümə səbəb olmadığı hallarda şəxs 500 rubldan 1 milyon rubla qədər cərimə ilə cəzalandırılacaq. Ölümə səbəb olduğu təqdirdə isə şəxsə 5 ilə qədər, iki və ya daha çox qurban varsa, 7 ilə qədər həbs cəzası veriləcək.

Həmçinin, karantinin qəsdən pozulması terrorizm və təxribat kimi qiymətləndiriləcək və Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzalandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...