Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi

Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa ərizəsi yazıb.
“Report” xəbər verir ki, o, bu barədə “Aysor”a məlumat verib.
S.Qoqyan işdən çıxmasının səbəbi barədə danışmaq istəmədiyini saytın müxbirinə bildirib: “Bu barədə gələcəkdə danışacağam. İstefa ərizəsini indicə yazmışam. Heç üstündən bir saat keçməyib”.
Qeyd edək ki, S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş naziri müavinin ofisinin rəhbəri Varaq Siseryanın da istefa verəcəyi barədə xəbər yayılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...