Gürcüstanda həbsdə 106 Azərbaycan vətəndaşı var

Gürcüstanda həbsdə 106 Azərbaycan vətəndaşı var

Gürcüstan həbsxanalarında 106 nəfər Azərbaycan vətəndaşı saxlanılır. “Report” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb. Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u qadındır.

Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...