İŞİD neftin barrelini 20 dollara satır

İŞİD neftin barrelini 20 dollara satır

“The Financial Times” qəzeti “İslam Dövləti” (İD, əvvəlki adı İŞİD) terror qruplaşmasının neft alveri barədə yazıb.
Qəzet yazır ki, İŞİD-in neft hasilatı hətta düşmənlərini də onlarla ticarətə məcbur edir. Suriyanın şərqində, əl-Ömər neft yatağı üzərindən hərbi təyyarələr uçur. Aşağıda isə 6 km uzunluğunda maşın növbəsi dayanıb. Bəzi sürücülər xam neft doldurmaq üçün bəzən bir ayadək gözləməli olurlar.


Burası İŞİD torpağıdır. Bu qruplaşma ilə savaşan beynəlxalq koalisiya neft ticarətini əsas hədəfi elan etsə də bu ticarətə hələ ki, xələl gəlməyib. Suriyalı ticarətçilər, neft mühəndisləri, Qərb kəşfiyyatçıları ilə müsahibələr İŞİD-in neft biznesinin böyüdüyünü göstərir. Getdikcə daha bacarıqlı fəhlələr, mühəndislər, təlimçilər, menecerlər işə götürülür. İŞİD-in nəzarətində olan ərazilərdə sutkada 34-40 min barrel xam neftin istehsal olunduğu bildirilir. Bu neft elə yerindəcə çəlləyi 20-45 dollara satılır. Beləliklə, yaraqlılar günə ortalama 1,5 milyon dollar qazanmış olurlar. “Bu durum həm gülməlidir, həm də ağlamalı” - Hələbdə üsyançıların komandiri deyir.

O da İŞİD-in ərazisində dizel alır, baxmayaraq ki, başçılıq etdiyi qüvvələr cəbhə xəttində bu qruplaşma ilə savaşır: “Ancaq başqa çarəmiz də yoxdur. Yalın əllə inqilab edirik. Bizə başqa yanacaq təklif edən var ki?!” “The Financial Times” yazır ki, xam neft satışı İŞİD-in ən böyük gəlir mənbəyidir: “Qlobal terrorçu şəbəkəsi olan “əl-Qaidə” varlı xarici sponsorlardan asılı idisə, İŞİD nəzarətində olan ərazilərdə istehsal olunan əsas məhsulun inhisarçısı olmaqla, maliyyə gücünü artırıb. Hətta onu ixrac edə bilməsə belə, Suriya və İraqdakı böyük əsir bazarı bəsidir” (“Azadlıq” radiosunun xülasəsi).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...