Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub

Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub
Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunur.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır.

Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...