İki sərnişin təyyarəsi səmada qəza təhlükəsi ilə üz-üzə

İki sərnişin təyyarəsi səmada qəza təhlükəsi ilə üz-üzə

Rusiyanın Rostov-Don şəhərinin səmasında “S7” və “Emirates” aviaşirkətlərinə məxsus sərnişin təyyarələri toqquşma təhlükəsi ilə üzləşiblər.

Vesti.ru təyyarələrin qəzadan son anda yan keçməsinin videogörüntüsünü paylaşıb.“Airbus A320” və “Boeing 777” təyyarələri bir-birinə təhlükəli məsafəyə yaxınlaşıblar.

Uçuş zamanı təyyarələrin arasındakı minimal məsafə 10 min metr olmalıdır, lakin sözügedən hava gəmiləri bir-birinə 7,2 min metrə qədər yaxınlaşıblar, hündürlük fərqləri isə cəmi 150 metr olub.

Xoşbəxtlikdən, qəza baş verməmiş pilotlar təyyarələrin istiqamətini dəyişə biliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...