Los-Ancelesdə şənlik təşkil edənlərin su və işığı kəsiləcək

Los-Ancelesdə şənlik təşkil edənlərin su və işığı kəsiləcək

Mövcud pandemiya şəraitində qadağan edilmiş şənliklər təşkil edəcək Los-Anceles şəhərinin sakinlərinin su və elektrik enerjisini kəsiləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər meri Erik Qarsetti verib.

O qeyd edib ki, bu addım şəhərdə koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Los-Anceles dairəsində 197 mindən çox yoluxma və COVID-19 nəticəsində 4 825 ölüm halı qeydə alınıb. Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatı ABŞ-da yoluxma sayına görə liderdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...