Fransa informasiya resurslarına kiberhücumlar

Fransa informasiya resurslarına kiberhücumlar

Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları və Məhəmməd peyğəmbərin karikaturalarının yenidən nəşr edilməsi fonunda bir sıra Fransa informasiya resurslarına kiberhücumlar olub.

Bu barədə “Anadolu” agentliyi Fransa hökumətinə istinadla xəbər yayıb.

Hakerlər tərəfindən hücuma məruz qalan mənbələrin adları açıqlanmayıb.

Yeri gəlmişkən, Qətər, Küveyt, Əlcəzair, Sudan, Fələstin və Mərakeş də daxil olmaqla dünyanın bir çox ölkəsində Fransa istehsalı olan məhsulları boykot etmək üçün kampaniyaya başlanıb.

Bununla əlaqədar Fransa Xarici İşlər Nazirliyi müsəlman ölkələrindən bu aksiyanı dayandırmağı tələb edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...