Tramp ABŞ-a qarşı ağır cinayətdə günahlandırıldı

Tramp ABŞ-a qarşı ağır cinayətdə günahlandırıldı

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarını Kapitoliyə basqına sövq edərək ölkəyə qarşı xüsusi ağır cinayət törədib.

Bu barədə TASS ABŞ Nümayəndələr Palatası Məhkəmə Komitəsində demokratlar tərəfindən hazırlanan impiçmentlə bağlı materiallara istinadən xəbər verir.

Demokratların sözlərinə görə, ABŞ lideri hakimiyyətdən uzaqlaşdırılmağa layiqdir.

“Faktlar onun bir gün daha vəzifəsində qala bilməyəcəyini göstərir və Prezident Trampın dərhal impiçmentini tələb edir”, - deyə sənəddə qeyd edilir.

Bildirilir ki, hazırkı dövlət başçısı ABŞ konstitusiyası və demokratiyası üçün açıq və real təhlükə olaraq qalır.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında Trampı ittiham edən qətnamə nəşr edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...