Dünyada neft ehtiyatlarının azalacaq

Dünyada neft ehtiyatlarının azalacaq
OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşma tam həcmdə yerinə yetirilərsə, 2021-ci ilin birinci rübündə dünya neft ehtiyatlarının həcmi 100 milyon barel, yaxud gündəlik 1,1 milyon barel azala bilər.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə dünya neft bazarında tələbatın artması ilə cari ilin ikinci yarısında neft ehtiyatları azalmağa davam edəcək.

Qurumun məlumatına görə, 2020-ci ilin 4-cü rübündə dünyada gündəlik neft ehtiyatları 2,58 milyon barel azalıb. O cümlədən OECD ölkələrinin kommersiya ehtiyatları avqust – noyabr ayları ərzində daim azalaraq 3 108 milyon barel təşkil edib ki, bu da son 5 ilin orta ehtiyatlarına nisbətən 166,7 milyon barel çoxdur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...