Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb

Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb
ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.

Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...