Patruşev Ramiz Mehdiyev və Eldar Mahmudovla danışıqlar aparacaq

Patruşev Ramiz Mehdiyev və Eldar Mahmudovla danışıqlar aparacaq

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bu strukturun rəhbəri Nikolay Patruşevin Bakıya səfərinə dair açıqlama yayıb.

Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən Patruşev mayın 11-12-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq.“Danışıqlar zamanı regional və beynəlxalq təhlükəsizliyə dair geniş spketrdə məsələlər müzakirə olunacaq”-mətbuat xidməti bildirir. Proqrama əsasən Patruşevib Bakıda veteranlarla görüşü də nəzərdə tutulub.

* * *13:34

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev mayın 11-12-də Bakıya səfər edəcək.

Virtualaz.org saytının xəbərinə görə, Bu barədə “İnterfaks-Azərbaycan”a Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində N.Patruşevin Azərbaycan rəhbərliyi ilə danışıqları gözlənilir. Bakıda o, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyacaq.

N.Patruşevin hansı missiya ilə gələcəyi göstərilmir.

Qeyd edək ki, bu səfər Moskvada keçiriləcək Qələbə bayramı mərasimlərindən dərhal sonra baş verəcək. Həmin mərasimlərdə iştirak etmək üçün prezident İlham Əliyev bu gün Moskvaya yola düşür. Onun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli formatda görüşünün olacağı barədə məlumat yoxdur. Bu gün axşam Putin bir neçə MDB respublikasının prezidenti ilə qeyri-formal görüş keçirəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...