Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı

Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı
Gürcüstan və Rusiyanı bağlayan Yuxarı Lars yolunda hərəkət tam məhdudlaşdırılıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yolda bütün növ nəqliyyat vasitələrinin və avtomobillərin hərəkəti yasaqlanıb. Bildirilib ki, qadağa müvəqqəti xarakter daşıyır və səbəb əlverişsiz hava şəraiti, qar uçqunu təhlükəsi və yolların buzlamasıdır. Hava şəraiti normallaşandan sonra hərəkət bərpa olunacaq.

Qeyd edək ki, tarixi Dəryal keçidindən keçən yol həmçinin Hərbi Gürcüstan yolu adlanır və Ermənistanla Rusiyanı da birləşdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...