Fransada minlərlə peyvənd olunmayan tibb işçisi işdən çıxarıldı

Fransada minlərlə peyvənd olunmayan tibb işçisi işdən çıxarıldı

Fransa şəhərlərində üç minə yaxın tibb işçisi koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə xidmətdən kənarlaşdırıldı. Bu barədə BBC xəbər verir.

Fransada qüvvəyə minən qanuna görə, bütün həkimlər, yanğınsöndürənlər və qocalar evində işləyənlər məcburi peyvənd olunmalıdır.

Fransa Səhiyyə Nazirliyinin rəhbəri Olivye Veran əməkdaşların işdən çıxarılmasını müvəqqəti tədbir adlandırıb. Onun sözlərinə görə, onlardan bir çoxu artıq koronavirus infeksiyasına qarşı peyvənd olunmağa razılıq verib.

Eyni zamanda, xəbər verildiyi kimi, Fransanın bəzi şəhərlərində tibb işçiləri etiraz aksiyalarına başlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...