"Saakaşvili ölkəyə gəldikdən dərhal sonra həbs ediləcək"

"Saakaşvili ölkəyə gəldikdən dərhal sonra həbs ediləcək"
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin Gürcüstan ərazisinə addım atdığı anda həbs ediləcəyini bildirib.
Yenivaz.com "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə məlumat verib. Qaribaşvili vurğulayıb ki, Saakaşvilinin əsas məqsədi hakimiyyəti yenidən ələ almaqdır:
"Saakaşvilinin yeganə missiyası ölkədə iğtişaşlar törətmək, sabitliyi pozmaq və xaos yaratmaqdır. Onun yeganə istəyi hakimiyyəti yenidən əldə etməkdir. Bu Saakaşvili və onun komandası üçün əlçatmaz bir xəyaldır. Bu gün dövlət güclüdür, Mixo və onun şəbəkəsi indi 2003-cü il olduğunu düşünməsin. Hər kəs etdiyi təxribata görə qanun çərçivəsində cavab verəcək".
Qeyd edək ki, Gürcüstanın keçmiş lideri bir neçə gün əvvəl sosial şəbəkə hesabında vətənə anası ilə birgə qayıtmaq niyyətində olduğunu bildirib və oktyabrın 2-də Tbilisiyə gəlmək üçün aldığı biletləri nümayiş etdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...