Avropanın "Yaşıl iqtisadiyyat" xülyası özünü nə dərəcədə doğrultdu?

Avropanın "Yaşıl iqtisadiyyat" xülyası özünü nə dərəcədə doğrultdu?
Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri “köhnə qitə"nin enerji bazarında yaranmış böhranlı vəziyyət fonunda baş verdi.

Avropalı qonaq Prezident İlham Əliyevlə ötən gün keçirdiyi görüşdə əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib, Aİ-nın, onun enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb, Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.

Bütün bunlar isə Avropanın "Yaşıl iqtisadiyyat" xülyasının özünü nə dərəcədə doğrulması barədə düşünməyə vadar edir. Xatırladaq ki, ötən ilin dekabr ayından Avropada təbii qazın qiymətindəkı artım oktyabrın ilk günlərində kulminasiya nöqtəsinə çatdı. "Mavi yanacağ"ın 1 000 kubmetrinin qiyməti ilk dəfə olaraq 1 900 ABŞ dollarını keçdi. Bəs Avropanı bu duruma düşürən nə oldu?

Təbii qaz bazarındakı böhranı yaradan və dərinləşdirən bir sıra faktor mövcuddur. Bir neçə il ardıcıl olaraq qışın mülayim keçməsə qazi tələbatı azaltdı. Qiymətlər hətta 1 000 kübmetr üçün 34 ABŞ dollarına düşdü. Lakin ötən qış kifayət qədər sərt keçdi. İstilik mövsümü tez başladı və maya kimi uzandı. Məlum oldu ki, Avropa bele bir duruma hazır deyil və qiymət sistematik olaraq artmağa başladı.

Qış mövsümü bitər-bitməz anomal istilər özünü göstərdi. Elektrik enerjiyə tələbat kəskin artdı. Elektrik stansiyalarına daha çox qaz lazım olsa da təklif tələbi qarşılaya bilmədi və qiymətlər kəllə çarxa çıxdı. Nəticədə elektrik enerji istehsalçıları bahalı qazdan daha sərfəli kömür və neft məhsullarına keçdilər. Bu zaman məlum oldu ki, kömür bazarındakı təklif də tələbdən xeyli aşağıdır. Vəziyyəti biraz daha gəlizləşdirən dünyanın aparıcı iqtisadiyyatı olan Çinində yüksək qaz qiymətləri fonunda kömürə tələb kəskin artması oldu. Ölkə sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə kömür idxalını 76 % artırıb. Ötən ilin analoji dövrü ilə müqayisədə sentyabrda Çində kömürün qiyməti 2 dəfə artıb. Enerji almaq üçün istifadə olunan kömürün qlobal qiymətləri 13 ilin rekord səviyyəsinə çatıb.

Analoji tendensiya mövcud durumda Avropanın müvəqqəti də olsa təbii qaza alternativ gördüyü mazutun qiymətində də müşahidə edilir. Böhranın multiplikativ effekti artıq görünməkdədir. Son 6 ayda Avropada bir kilovatt saat elektrik enerjisinin qiyməti 18 sentdən 20 sentə çatıb. Qaz və elektrik enerjisinə olan yüksək qiymətlərdən dolayı Avropada enerji tutumlu müəsisələr bağlanır. Avropanın ayrı-ayrı şirkətləri gübrə istehsalını dayandırmaq məcburiyyətində qalıblar. Nəticədə bazarda təkif çatışmazlığı yaranıb. Bu isə gübrələrin qiymətinin kəskin artımında, tədarük zəncirinin pozulmasında öz əksini tapıb.


Alüminumun qiyməti də 2008-cu idən bəri ilk dəfə bir ton üçün 3 200 ABŞ dollarını keçib. İlkin alüniumun istehsalı elektroliz yolu ilə baş verir. Bu zaman isə böyük həcmdə elektrik enerjisi istehlak olunur. Həmin enerjinin qiymətindəki artımlar ilkin xammalın maya dəyərində əksini tapır. Nəzərə alsaq ki, bu metal avtomobil sənayesində geniş istifadə olunur, qiymət artımının həmin sektordan da yan keçməyəcəyini demək olar.

Qış mövsümünün başlamasına çox az vaxt qalmasına baxmayaraq Avropanın yeraltı qaz anbarları yalnız 78 % doldurulub. Halbuki, son 10 ildə bu vaxtlar həmin göstərici 90 % həddində olurdu. Baş verənlər Avropa üçün yağışdan çıxıb yağmura düşməyə bənzəyir. Hər nə qədər baş verənlərdə kənar quvvələrin əli axtarılsa da, problemin kökündə Avropanın “yaşıl enerji”yə keçiddə mövcud realıqları arxa plana ataraq, həddindən artıq tələskənliyə yol verməsi dayanır. Son illər bərpa olunan enerji mənbələrinə keçid müxtəlif vasitələrlə təşviq edilirdi. Bu sektora investisiyaları cəlb etmək üçün Avropa ölkələri bazarda enerji alışı zamanı bərpa olunan enerji mənbələri layihələrinə üstünlük verməyə başladı. Vəziyyət o həddə gəlib çatdı ki, bərpa olunan enerji ilə işləyən generatorlar dayanmağa başladı. Bu da öz növbəsində istehsal həcminin aşağı düşməsinə gətirib çıxardı.

Avropa 2030-cu ilə kimi tam karbon neytrallığına nail olmağı hədəfləyir. Belə ki, artıq 8 il sonra bərpa olunan enerji mənbələrinin payı 80 %-ə çatdırılacaq. Lakin nəzərdən qaçırmaq lazım deyil ki, külək və günəş enerjisinin generasiyası birbaşa olaraq təbii şəraitə bağlıdır - yəni küləyin sürətinə, il ərzində günəşli günlərin sayına. Digər tərəfdən bu cür enerjinin yığılıb saxlanması üzrə texnologiyalar hələ o səviyyədə deyil ki, hər hansı frosmajor durumlarda kəskin şəkildə arta biləcək enerji tələbini qarşılaya bilsin.

Bəli, “Yaşıl enerji” sahəsindəki mövcud texnologiyalar dünya iqtisadiyyatının tələbatını ödəməyə imkan vermir. Pandemiya dövründə iqtisadi fəallığın aşağı düşməsi ilə əlaqədar olaraq bu o qədər də hiss olunmurdu. Lakin ölkələr koronavirus pandemiyasına qarşı tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırıb, sərhədlər açılıb. Qlobal daşımalar elə həddə çatıb ki, konteynerlər çatışmır, limanlarda lövbər salan yük gəmilərinın sayı rekord həddə çatıb.

Yaranmış durumdan çıxış yolu kimi Avropada artıq radikal təkliflər səslənməkdədir. Ötən gün Avropa İttifaqında əsas söz sahiblərindən biri olan Fransanın Maliyyə Naziri Bruno Le Mer Avropa Komissiyasını atom elektrik stansiyalarının sayını artırmağa, bu stansiyaların arbon qazı ifraz etmədiyinə görə isə nüvə energerikasını “yaşıl enerji” koteqoriyasına keçirməyə dair çağırış edib. Nazirin təklifi hökümətlər səviyyəsində dərhal Bolqariya, Maracarıstan, Polşa, Rumıniya, Slovakiya, Slovenya, Finlandiya, Xorvatiya və Çexiya tərəfindən dəstək görüb.

Ekoloji tarazlığın təmin olunması üçün “Yaşıl enerji”yə keçid əlbəttə ki əhəmiyyətlidir. Bu, birmənalı şəkildə gələcəyin enerjisidir. Ancaq Avopa Komissiyasınında bir neçə gün öncə dediyi kimi prosses hələ onilliklərlə davam edəcək. Bu dövr ərzində isə ənənəvi enerji daşıyıcıları dünya iqtisadiyyatını lokomotivi rolunda çıxış etməyə davam edəcək. Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) son proqnozları da təsdiqləyir. 2050-ci ilə kimi dünya üzrə dekarbinizasiya istiqamətində ən radikal ssenari reallaşacağı təqdirdə sutkalıq neft hasilatı 24 milyon barelə (hazırda bu göstərici 90 milyon barell hədindədir), neftin qiyməti isə 24 dollara düşəcək. Bütün digər hallarda neft qiymətləri kifayət qədər yüksək səviyyədə qalacaq.

BEA-nın analitiklərinə görə, ən mümükün ssenariyə görə həmin dövrə qarşıya qoyulan iqlim məqsədlərinə nail olunmayacaq. Neftin qiymətləri bir barel üçün 60-90 ABŞ dolları təşkil edəcək. 2030-cü ilə kimi isə gündəlik tələbat öz pik həddinə sutkalıq 104 milyon barrelə çatacaq. Neft-qaz hasilatçısı kimi ölkəmizin də bundan əhəmiyyətli mənfəəti olacaq. Azərbaycan uzun illərdir Avropa bazarına neft ixrac edən etibarlı tərəfdaşdır. İndi isə “mavi yanacaq” tədarükçüsü kimi bu statusunu daha da möhkəmləndirmək imkanı əldə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...