Ermənistanda deputat mandatdan imtina edib

Ermənistanda deputat mandatdan imtina edib

Müxalifətdə olan "Ermənistan" blokunu təmsil edən David Sedrakyan deputat mandatından imtina edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə eyniadlı fraksiyanın nümayəndəsi Qeqam Manukyan məlumat verib.

Onun sözlərinə görə, həmkarının mandatdan imtina etməsi şəxsi problemləri ilə bağlıdır.

Qeyd edək ki, D.Sedrakyan Ermənistan Respublika Partiyasının keçmiş deputatı Mqer Sedrakyanın oğludur. M.Sedrakyan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...