Məhkəmə Kərim Benzemaya bir il şərti həbs cəzası kəsib

Məhkəmə Kərim Benzemaya bir il şərti həbs cəzası kəsib

Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzemanın məhkəməsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Versal məhkəməsi yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanın şantaj edilməsi ilə bağlı işdə hücumçunu günahkar hesab edib.Benzema şantaj cəhdinin iştirakçılarından biri sayılıb. Ona bir il şərti həbs cəzası və 75 min avro cərimə kəsilib. Bu, belə cinayət üçün maksimal cəzadır.

Qeyd edək ki, Benzema 2015-ci ildə Valbuenanı intim xarakterli videolarının yayılmaması üçün şantajçılara pul ödəməyə sövq edib. Bu hadisədən sonra hər iki oyunçu Fransa yığmasından kənarlaşdırılıb. Benzema yalnız 2021-ci ildə milliyə qayıdıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...