David Tonoyanın həbs müddəti uzadılıb

David Tonoyanın həbs müddəti uzadılıb
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan daha iki ay həbsdə qalacaq.

Gundeminfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidmətinə sabiq nazirin vəkili Sergey Ovannisyan məlumat verib.

O bildirib ki, məhkəmə keçmiş məmurun həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb və qərar şənbə günü dərc olunub.
2018-2020-ci illərdə müdafiə naziri postunu tutan David Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

O, təxminən 4,7 milyon dolları mənimsəməkdə, saxtakarlıqda, ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...