Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb
Həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarda “Türkiye” ifadəsi istifadə ediləcək.

“Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.

"Türkiyə Respublikası Dövləti minlərlə illik dövlət ənənəsi işığında qədim türk millətinə yaraşan, keyfiyyətli və dəyərli işlər görərək millətimizin mədəniyyət və dəyərlərini qorumağı və ucaltmağı əsas vəzifələrindən biri olaraq qəbul edib.

Həm ölkədaxili, həm də ölkəxarici bu anlayışla davam etdirilən işlərdə türk millətinin köklü tarixindən gələn dəyərlərinə böyük qayğı göstərilərək “Türkiye” brendi milli və beynəlxalq məcrada ölkəmizin markası olaraq qəbul edilib.

“Türkiye” ibarəsi türk millətinin mədəniyyət, sivilizasiya və dəyərlərini ən yaxşı şəkildə təmsil və ifadə edir. Bu mənada ixrac edilən məhsullarımızda “Made in Turkey” yerinə “Made in Türkiye” ibarəsi istifadə edilməyə başlanaraq ölkəmizin beynəlxalq ticarətdə qüruru olan məhsullarımız “Türkiye” ibarəsi ilə tanıdılıb və təqdim edilib. Bundan sonra da hər sahədə dövlətimizin və millətimizin minlərlə illik sərvətinin “Türkiye” markası altında təmsili hədəflənib.

Bu çərçivədə “Türkiye” brendini gücləndirmə işləri mənasında başda digər dövlətlər və beynəlxalq qurum və quruluşlarla rəsmi münasibətlər olmaqla, istənilən fəaliyyət və yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. ibarələri əvəzinə, “Türkiye” ifadəsinin istifadəsi məsələsində lazımi addımlar atılacaq”, - qərarda bildirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...