Nazarbayevin üçüncü kürəkəni də postunu itirdi

Nazarbayevin üçüncü kürəkəni də postunu itirdi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib.

Kulibayevin müvafiq müraciəti bazar ertəsi, yanvarın 17-də palatanın saytında dərc edilib.

“Mən bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin seçilmiş sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Kulibayev bildirib.

O, göstərilən etimada görə qurultay nümayəndələrinə və rəyasət heyətinin üzvlərinə təşəkkür edib, həmçinin bildirib ki, Milli Sahibkarlar Palatasının ali nəzarət orqanına səkkiz il rəhbərlik etmək onun üçün böyük şərəf və məsuliyyət olub.

Timur Kulibayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara ilə evlidir.

Bundan əvvəl Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəninin vəzifəsindən getdiyi məlum olmuşdu. Belə ki, keçmiş dövlət başçısının böyük qızı Dariqanın ikinci əri Kayrat Şaripbayev səhmdarı olduğu “QazaqGaz” Milli Şirkətindən, kiçik qızı Aliyənin əri Dimaş Dosanov isə “KazTransOil” dövlət şirkətinin baş direktoru postundan uzaqlaşdırılmışdı.

Mənbə: Tengrinews



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...