Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib

Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib

Almatıda antiterror əməliyyatı başlayandan Qazaxıstanın hüquq-mühafizə orqanları aksiyalarda iştirak edən 2 601 nəfəri saxlayıblar. Yanvarın 15-də bu rəqəm 2 402 təşkil edirdi.

"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz hərəkətlərin, talanların və digər cinayətlərin ümumilikdə 2 601 iştirakçısı saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb", - şəhər komendaturasının mətbuat xidməti bildirir.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Ölkə prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya hərbçilər göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, “bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub”. Baş Prokurorluğun məlumatına görə, iğtişaşlar zamanı 4 500-dən çox insan xəsarət alıb, ölənlərin 225 cəsədi morqlara çatdırılıb.

virtualaz.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...