Mariupolda 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb - SİYAHI

Mariupolda 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb -
Ukraynada müharibə nəticəsində 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.
Gundeminfo.az-a xəbər verir ki, bu barədə "report"a Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.
Onun sözlərinə görə, ölənlər Ukraynanın Mariupol şəhərinin sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır: "Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub".
A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...