Rusiya Ukraynadan taxıl oğurlamağa rəsmən icazə verib

Rusiya Ukraynadan taxıl oğurlamağa rəsmən icazə verib
Rusiya Federasiyası Krasnoyarsk diyarının hakimiyyət orqanları Xerson vilayətinin ruslar tərəfindən işğal olunmuş ərazisindən taxılın oğurlanmasına icazə verib.
Bizimyol.info "UNUAN"a istinadən xəbər verir ki, deputatlar bu qərarı Krasnoyarsk diyarının qanunvericilik məclisinin iclası zamanı demək olar ki, yekdilliklə qəbul ediblər.

“İclasda deputatlar qismən Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarətinə keçmiş Xerson vilayətindən taxıl idxalı barədə qərarı demək olar ki, yekdilliklə dəstəkləyiblər”,- təcavüzkar ölkənin departamenti qeyd edib.

Qanunverici orqan belə bir qərarın verilməsi zərurətini onunla izah edib ki, Rusiyada sanksiyalar səbəbindən taxıl və tərəvəz məhsullarının kəskin qıtlığı yaranıb.

“Xerson vilayətində fermerlərin ötənilki və cari məhsul artığının müsadirə edilməsi kiçik biznesə, istehlak kooperativlərinə köməklik edəcək. Buna görə də anbarlarda olan məhsulların daşınaraq sahibkarlara paylanmasına qərar verilib”,- hesabatda deyilir.

Kənd Məsələləri və Aqrar-Sənaye Siyasəti Komitəsinin rəhbəri Vladislav Zıryanov bildirib ki, Krasnoyarsk diyarının təcrübəsi gələcəkdə Rusiyanın digər regionlarında da “uğurla” tətbiq oluna bilər.

Qeyd edək ki, Ukrayna tərəfi bunu qənimət əldə etmək məqsədi ilə həyata keçirilən oğurluq kimi dəyərləndirir və bu qərarı işğalı sübut edən amil kimi şərh edir.

"Bu, dövlət səviyyəsində həyata keçirilməsinə icazə verilən qarət hadisəsidir. Eyni zamanda, Rusiyanın Ukrayna ərazilərinə işğalçı kimi daxil olduğunu sübut edən faktlardan biridir. Onlar qismən işğal etdikləri ərazilərdən işğalçı sifəti ilə qənimətlər əldə etməyə başlayıblar. Bunun acı nəticələrini yaxın zamanlarda hiss edəcəklər", - deyə vilayət rəhbərliyinin məlumatında bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...