"Rusiya İzyum yaxınlığında 22 tabor yerləşdirib" - Britaniya kəşfiyyatı

"Rusiya İzyum yaxınlığında 22 tabor yerləşdirib" -

“Çox güman ki, Rusiya Kramatorsk və Severodonetsk şəhərlərini ələ keçirmək üçün İzyumdan kənara çıxmaq istəyəcək”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

“Həmin ərazilərin tutulması Rusiyanın Donbasın şimal-şərqindəki hərbi nəzarətini gücləndirmək üçündür. Rusiya İzyum yaxınlığında 22 tabor taktiki qrupu yerləşdirib. Bu, Rusiyanın Donbasın şimal istiqaməti boyunca irəliləməsi məqsədi daşıyır”, - nazirlikdən qeyd olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...