“Putin mayın 9-da rəsmi şəkildə müharibə elan edəcək”

“Putin mayın 9-da rəsmi şəkildə müharibə elan edəcək”
9 may tarixi Ukraynadakı müharibənin taleyi ilə bağlı “əlamətdar” tarixə çevrilə bilər.

CNN-in öz mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sözügedən tarixin əhəmiyyətindən də istifadə edərək vacib açıqlama verə bilər.

Bu, hansısa bir uğurun qazanılması, hərbi əməliyyatların daha da şiddətlənməsi və ya digər bir açıqlama ola bilər.

Qeyd olunub ki, bu variantlar arasında ən güclüsü Rusiyanın 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan etməsidir. Belə ki, faktiki olaraq müharibə getsə də, Rusiyada bunu xüsusi hərbi əməliyyat adlandırırlar.

Rusiya ordusunun əlavə qüvvələrə ehtiyacı olduğu bir vaxtda Ukraynaya rəsmi şəkildə müharibə elan etmək Kremlin səfərbərlik elan etməsinə və ehtiyaclarını təmin etməsinə zəmin yarada bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...