"İnsanlara məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır" - Ukrayna kəşfiyyatı

"İnsanlara məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır" -

“Müvəqqəti olaraq işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş ukraynalılar psevdorespublikaların vətəndaşlığını almağa məcbur edilir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Buna razı olmadıqda isə onlara qarşı repressiyalar tətbiq olunur. İşğal altındakı Sorokino şəhərində ukraynalılara “LPR”in pasportları paylanılmağa başlanılıb. İnsanlar evlərindən, əmlaklarından və pullarından məhrumdurlar. Ona görə də onlar razılaşmağa məcburdurlar”, - idarədən bildirilib.

Həmçinin qeyd olunub ki, pasportları qəbul etmək istəməyən insanlara hədə-qorxu gəlinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...