Portuqaliya Ukraynaya zirehli avtomobillər göndərir

Portuqaliya Ukraynaya zirehli avtomobillər göndərir
Portuqaliya hökuməti ABŞ-dan alınmış 15 ədəd M113A zirehli transportyorun Ukraynaya təhvil verilməsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Nascer do SOL" nəşri məlumat yayıb.

Santa Marqaridada yerləşdirilən zirehli avtomobillərin Kiyevə göndərilməsi Pentaqon tərəfindən istənilib.

Zirehli avtomobillər 1990-cı illərdə Avropada yerləşən Şimali Amerika hərbi personalının ixtisarı zamanı ABŞ-dan ucuz qiymətlərlə alınıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya hökumətindən “Leopard” tankları və digər hərbi texnikanın təhvil verilməsini xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...