Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək

Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək
Ermənistan baş prokuroru ölkənin baş nazir Nikol Paşinyanın dindirilməyə çağırılması barədə göstəriş verib.

Ermənistan İstintaq Komitəsində Azərbaycanla 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri dindirilib. Zərərçəkmişlərin vəkili Vahan Hovanisyan jurnalistlərə bildirib ki, hərbçilərin yaxınlarının xahişi təmin edilib, Nikol Paşinyan dindirilməyə çağırılıb:

“Ancaq dindirmənin nə vaxt keçiriləcəyi hələ məlum deyil. Hərəkətlərin ardıcıllığını müstəntiq müəyyənləşdirir”.

Həlak olan döyüşçülərin ailə üzvləri uzun müddətdir ki, övladlarının ölümünə görə məsuliyyət daşıdığına inanaraq Paşinyanın müttəhim kimi gətirilməsini tələb edirlər. Bu tələblərə səbəb baş nazirin açıqlaması olub. O, aprelin 13-də parlamentin tribunasından bildirib ki, əraziləri hərbi əməliyyatlar olmadan təslim edə bilərdi, lakin bundan imtina etməklə minlərlə insanın ölümündə günahkar olub. Bu ifadə ölən əsgər valideynlərinin narazılığına və qəzəbinə səbəb oldu. Onlar aprelin 18-də Ermənistan Baş Prokurorluğuna Paşinyanın sözügedən ifadəsi ilə bağlı cinayət işinin başladılması və istintaqın aparılması tələbi ilə müraciət ediblər.

Mənbə: Sputnik Ermənistan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...