Bayden Harrislə bağlı yenə səhv etdi - VİDEO

Bayden Harrislə bağlı yenə səhv etdi -
ABŞ Prezidenti Co Bayden yenə səhv edib və vitse-prezident Kamala Harrisi prezident adlandırıb. Bu, ABŞ və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində baş verib.

ABŞ prezidenti çıxışında Hind-Sakit okean regionu, onun sabitliyi və təhlükəsizliyi haqqında danışıb.

“Hamımızın səy göstərdiyi də məhz budur. Buna görə də mən prezident Harrisdən keçən avqust ayında bölgəyə səfər etməyi xahiş etmişdim”, - deyə o bildirib.

Co Bayden ilk dəfə ötən ilin dekabrın 17-də Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Cənubi Karolina Dövlət Universitetində tələbələr qarşısında çıxışı zamanı o, vitse-prezidenti haqqında bir neçə dəfə “Prezident Harris” deyə bəhs edib.

Eyni hal bu ilin yanvarında da baş verib, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitolinin ələ keçirilməsindən danışarkən yanlış ad səsləndirib. Növbəti dəfə isə Bayden mart ayında ABŞ-da koronavirusa qarşı peyvənd prosesi ilə bağlı çıxışı zamanı bu səhvi təkrar edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...