"Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər" - Makron

"Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər" -
Rusiyanın Ukraynadakı müharibəsi qonşu ölkələrə də yayıla bilər.

“Report” xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron moldovalı həmkarı Maia Sanduya xəbərdarlıq edib.

Fransa lideri bildirib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək.

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - Makron bildirib.

O əlavə edib ki, Fransa regional təhlükəsizliklə bağlı vəziyyətə və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hər hansı mümkün qəsd halına xüsusi diqqət yetirmək niyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...