Gürcüstanın Baş naziri “Borjomi” ilə bağlı göstəriş verib

Gürcüstanın Baş naziri “Borjomi” ilə bağlı göstəriş verib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İqtisadi Şuranın iclasında Borjomi mineral su qablaşdırma zavodlarının sahibi olan “IDS Borjomi International” şirkətinin səhmlərinin dövlətə verilməsi prosesini tez bir zamanda başa çatdırmağı əmr edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. İclasda "Borjomi" şirkətinin səhmlərin nəzarət paketinin təmənnasız olaraq dövlətə verilməsi təklifinə diqqət yetirilib. Baş nazir nazirliklərə bu prosedurların tez bir zamanda başa çatdırılması üçün fəal işləməyi tapşırıb. Qərar hökumətin növbəti iclasında açıqlanacaq”, -deyə, məlumata bildirlir.

Qeyd edək ki, “IDS Borjomi İnternational” “IDS Borjomi Georgia”nın nəzarət paketini pulsuz olaraq Gürcüstan hökumətinə verməyə hazır olduğunu bəyan edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...