Rusiya ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir

Rusiya ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir
“Əhəmiyyətli itkilərə görə rus işğalçılar ehtiyatda olan zabitləri üç aylıq müqavilə əsasında hərbi xidmətə cəlb edirlər”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

“Mövcud olan məlumata görə, hava-desant qoşunlarının komandanlığında xeyli itkilər verilməsi nəticəsində düşmən üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcburdur”, - deyə məlumatda bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Donbasda ağır döyüşlərin davam etdiyini bildirib. Rusiya ordusu orada ən çox artilleriya və hücumçu qüvvələrdən istifadə edir.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatına görə, Donbasdakı Rusiya qüvvələri çox zəif və getdikcə parçalanmış qruplar şəklində fəaliyyət göstərir.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli isə Donbasdakı döyüşləri Birinci Dünya müharibəsi ilə müqayisə edib.

Mənbə: UNİAN

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...