Türkiyədə ölən azərbaycanlı sürücünün kimliyi məlum oldu

Türkiyədə ölən azərbaycanlı sürücünün kimliyi məlum oldu
Türkiyənin Artvin vilayətində qaya uçqunu nəticəsində həlak olan azərbaycanlı sürücünün kimliyi bəlli olub.
Modern.az xəbər verir ki, faciəli hadisə zamanı dünyasını dəyişən şəxs 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.

Qeyd edək ki, hadisə bu gün Artvin vilayətində baş verib. Sıldırım qayalardan qopan iri daş parçaları yoldan keçən ağırtonnajlı yük avtomobillərinin üzərinə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...