Suriyadan Türkiyə ərazisinə raketlər atılıb - FOTO/VİDEO

Suriyadan Türkiyə ərazisinə raketlər atılıb -
Suriyanın Münbiç bölgəsindən Türkiyənin Karkamış rayonuna (Qaziantep) raketlər atılıb.

Məlumata görə, hücum PKK/YPG terrorçuları tərəfindən həyata keçirilib.

Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.

Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.

Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.
Suriyadan Türkiyə ərazisinə raketlər atılıb -
Suriyadan Türkiyə ərazisinə raketlər atılıb -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...