Zelenski Nobel sülh mükafatına layiq görülə bilər

Zelenski Nobel sülh mükafatına layiq görülə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Nobel sülh mükafatına layiq görülə bilər.

“Report” xəbər verir ki, məlumatı “Röyters” yayıb.

Bildirilib ki, o, hazırda digər namizədlərlə müqayisədə favoritdir.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib ki, bu, V.Zelenskinin ən təhlükəli anda bütün məsuliyyəti öz üzərinə götürməsi ilə əlaqəli ola bilər: “Bu, həm də Ukrayna xalqı üçün mükafat olacaq”.

Qeyd edək ki, 2022-ci il üzrə Nobel sülh mükafatına namizədlər arasında Belarus müxalifət lideri Svetlana Tixanovskaya, Rusiya müxalifətinin lideri Aleksey Navalnı da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...